Logo

Göyçay bələdiyyə sədrinin meyiti tapıldı - İsmayıllıda

Göyçay bələdiyyə sədrinin meyiti tapıldı - İsmayıllıda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb. 

Sfera.az-ın xəbərinə görə, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb.

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Göyçay bələdiyyə sədrinin meyiti tapıldı - İsmayıllıda

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR