Naxçıvanın bu kəndi də Azərbaycana qaytarılacaq
Sfera.az xəbər verir ki, hazırda Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndi müzakirə mövzusudur.
Erməni politoloq Hrant Melik-Şahnazaryan deyir ki, Tiqranaşen (Kərki kəndi) Azərbaycana təhvil veriləcək. Haradan bildiyimi soruşmayın, cavablar internetdədir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin ay yarım öncə yaydığı məlumatı oxuyun. Orada qeyd olunur ki, Yerasx (Arazdəyən) kəndi və Pruyr Sevak kəndində nəzarət mərkəzi yaradılacaq. Paruyr Sevak kəndinə xəritədə baxanda hər şey aydın olur”, - deyib.
O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.
"Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, - deyə o, bildirir.






