Logo

Prezident bu şəxsləri “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif etdi - SƏRƏNCAM

Prezident bu şəxsləri “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif etdi - SƏRƏNCAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyev Teymur Əhmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəcnam imzalayıb.

Sfera.az sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov "Şöhrət” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Elman Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Tənzilə Rüstəmxanlının "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı "Şöhrət” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Mənsum İbrahimovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov "Şərəf” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Həsənovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov "Şöhrət” ordeni ilə təltif edilsin".

***

Azərbaycan Prezidenti İlham Əliyev Vahid Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Nailə Vəlixanlının "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı "Şərəf” ordeni ilə təltif edilsin".

***

İlham Əliyev Kamal Abdullayevin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev "Şərəf” ordeni ilə təltif edilsin".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR