Logo

İşdən çıxarılan direktor danışdı: "Əsəblərimi qorumaq üçün istefa verdim"

İşdən çıxarılan direktor danışdı: "Əsəblərimi qorumaq üçün istefa verdim"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Bakı şəhəri 187 saylı məktəbin direktoru vəzifəsindən azad olunan Nailə Məmmədova bildirib.

Onun sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.

Qeyd edək ki, N.Məmmədova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq və şəhidlərin 40-ı çıxmamış özünə doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən sərt qaydada tənqid olunub.

Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Dekabrın 28-də təhsil nazirinin müvafiq əmri ilə N.Məmmədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR