Ötən ilin ən mühüm hadisələri - 2020-ci il hansı olaylarla yadda qaldı?
Son günlərini yaşadığımız 2020-ci il bir sıra mühüm hadisələrlə yadda qaldı.
Sfera.az ötən ilin ən mühüm hadisələrinin xronologiyasını təqdim edir:
1. Covid-19 pandemiyası dünyanı ağuşuna aldı, pandemiya səbəbi ilə dünya miqyasında sərt karantin tətbiq edildi, dövlərlər arasındakı əlaqələr nəzərəçarpacaq dərəcədə azaldı.
2. Koronavirusun vaksinin tapıldığı elan edildi. Peyvəndlərin gələn ildən etibarən kütləvi şəkildə tətbiqinə başlanacağı haqda bəyanat verildi.
3. ABŞ-da prezident seçkiləri keçirildi və demokratların namizədi Co Bayden seçkilərin qalibi oldu.
4. Rusiya - Türkiyə yaxınlaşması müşahidə edildi. Bəzi siyasi müşahidəçilər Rusiya-Türkiyə yaxınlaşmasının dünyada yeni güc mərkəzinin yaranması kimi xarakterizə etdi.
5. Türk Bayraktarların dünya hərb sənayesində yeni dövrü başlatması dünya hərb mərkəzləri tərəfindən etiraf olundu.
6. Fransa prezidenti Emmanuel Makronun islamafob siyasəti kəskin etirazlara səbəb oldu.
7. Böyük Britaniyanın Avropa Birliyindən çıxması ötən ilin ən səs-küylü siyasi hadisələrindən hesab olunur.
8. İsrail-Ərəb ölkələri arasında yaxınlıq müşahidə edildi.
9. Noyabr ayının 10-da Rusiya-Ermənistan-Azərbaycan arasında süıh bəyanatının qəbulu 30 ilə yaxın müddətdə davam edən Qarabağ probleminin çözülməsində mühüm addım oldu.
10. Dünyada onlarla həll edilməmiş münaqişə fonunda Dağlıq Qarabağ konfliktinin həll edilməsi və 700 minə yaxın məcburi köçkünün evinə dönəcəyi mesajının dünyaya verilməsi ötən ilin ən mühüm hadisələri sırasında yer aldı.
İnci
Sfera.az






