Logo

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Energetika nazirinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilib.

Bu barədə Sfera.az-a Nazirlikdən bildirilib.

Məlumata görə, Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.

2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin, ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə O.Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.

2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə "Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.

İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR