Logo

Bayram günlərində küçəyə çıxmaq qadağası tətbiq ediləcəkmi? – İbrahim Məmmədov açıqladı

Bayram günlərində küçəyə çıxmaq qadağası tətbiq ediləcəkmi? – İbrahim Məmmədov açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Neçə vaxtdır, bayram günlərində küçəyə çıxmaq qadağasının tətbiq ediləcəyi ilə bağlı narahatlıqlar var. Koronavirus təhlükəsindən dolayı şəhərdə sıxlığın yaranmaması səbəbi ilə belə qərarın qəbul ediləcəyi gözlənilir.

Maraqlıdır, yeni il tətili üçün nəzərdə tutulan 5 günlük tətil günlərində belə bir qadağa tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov belə bir məhdudiyyətin olmadığını bildirib:

"Bayram günlərində küçəyə çıxma qadağası ilə bağlı hər hansı qadağa yoxdur. Biz Nazirlər Kabinetinin qərarların təqdim edirik, orda isə belə bir məhdudiyyət nəzərdə tutulmayıb, bu barədə məlumatım yoxdur".

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR