Logo

Sfera.az-ın işğaldan sonra Şuşa şəhərində təşkil edilən ilk konsertdən VİDEOREPORTAJI

Sfera.az-ın işğaldan sonra Şuşa şəhərində təşkil edilən ilk konsertdən VİDEOREPORTAJI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutub. Rəsmi açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.

Açılış mərasimindən sonra Şuşa məscidi ziyarət olunmuşdur. Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov və gənc xanəndə Mirələm Mirələmov Şuşa məscidində canlı olaraq Azan səsləndiriblər.

Rəsmi tədbirlərin sonunda Cıdır Düzündə 30 ildən sonra ilk dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə əsgərlər üçün konsert proqramı keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı "Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Sfera.az işğaldan sonra Şuşada baş tutan həmin konsertdən videoreportaj hazırlayıb. Həmin görüntüləri təqdim edirik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR