"Yeni yoluxucu koronavirusdan bizdə daha çox ölüm olacaq" - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına (ÜST) görə, sentyabr ayında Britaniyada virusun yeni, daha yoluxucu növü aşkar edilməsi xəbəri bütün dünyada olduğu kimi Azərbaycanda da insanları narahat etməyə başlayıb. Ölkədə yoluxmanın anti-rekord həddə olduğu bir vaxtda ÜST-ün belə bir açıqlama verməsi gələcəkdə COVİD-lə bağlı vəziyyətin daha da kritik həddə olacağı iddialarını ortaya atır.
Məsələ ilə bağlı Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev açıqlamasında bildirib ki, peyvəndin istifadəyə verələcəyi müddətə kimi yeni koronavirusdan daha çox ölüm olacaq:
"Belə viruslar tez-tez dəyişilir. Sadəcə, bizim alacağımız vaksin 70-100% hamısına təsir edəcək. Yəni, istifadəyə veriləcək vaksin mutasiyaya uğramış bütün yeni COVİD növləri üçün keçərli olacaq. Bu virusların bəzisi eynidir. Koronavirus nə qədər mutasiyaya uğrasa da vaksinin bunlara təsiri olacaq. Təzədən mutasiyaya uğrayıb, zəifləməsi insan üçün də yaxşıdır ki, axırda bir virus dönüb olacaq adi, köhnə koronavirus. Bu da 1960-1970-ci illərdən tanıdığımız Oeze virusu kimi bir şey olacaqdır.
Amma hələ ki vaksin istifadəyə verilmədiyi üçün bu vəziyyət daha da təhlükəli hal alacaq. Çünki hələ ki, bu, ölümcül virusdur. Bizdə də əsas problem odur ki, təşkilati işlər bizdə elə vəziyyətdədir ki, bizdə daha çox ölüm olacaq".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına (ÜST) görə, sentyabr ayında Britaniyada virusun yeni, daha yoluxucu növü aşkar edilib. İngiltərənin baş naziri Boris Conson isə "xeyli qeyri-müəyyənlik" olmasına baxmayaraq, yeni mutasiyanın köhnədən 70 faiz daha yoluxucu olduğunu bildirib.
(milli.az)






