Keşiş Paşinyanı kilsədən qovdu - VİDEO
Kateqoriya məlum deyil
Ermənistanın Baş naziri Nikol Paşinyan Sisian rayonuna səfər çərçivəsində Qarabağdakı müharibədə ölən erməni hərbçiləri yad etmək məqsədilə Müqəddəs Qriqoru kilsəsinə gedib.
Sfera.az-ın "Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, kilsənin keşişi Parq Zeynalyan içəri daxil olan Baş nazirin əlini sıxmaqdan imtina edib və əli ilə ona kilsənin çıxışını göstərib.
Vəziyyətdən çaşqın qalan Paşinyan kilsəni tərk edib.
(propress)






