Logo

Paytaxtda Yeni il şənlikləri keçiriləcəkmi? – BŞİH-dən açıqlama

Paytaxtda Yeni il şənlikləri keçiriləcəkmi? – BŞİH-dən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhər İcra Hakimiyyəti Yeni il tədbirləri ilə bağlı qərar verməyib.

Məlumata görə, 31 dekabrda Yeni il konsertinin olması, əvvəlki illərdə olduğu kimi şəhərin bəzədilməsi və digər tədbirlərin təşkil olunacağı hələ məlum deyil.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov Sfera.az-a açıqlama verib.

"Hələlik bu barədə heç bir məlumat yoxdur. Hər hansı bir qərar qəbul edilərsə, təşkili nəzərdə tutulacaq və bununla bağlı rəsmi məlumat veriləcək".

Qeyd edək ki, ölkə ərazisində pandemiya səbəbilə artıq 10 aya yaxındır ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bundan başqa sosial şəbəkələrdə şəhidlərimizin yas mərasimlərinə görə Yeni il şənliklərinin keçirilməməsi təklif olunur.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR