Yeni növ koronavirusa görə 20-dən çox ölkə Böyük Britaniya ilə əlaqəni kəsdi – DÜNYA TƏŞVİŞDƏ
Böyük Britaniyada yeni, daha yoluxucu koronavirus növü aşkar edildikdən sonra, 20-dən çox ölkə bu dövlətlə nəqliyyat əlaqələrini dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.
Sfera.az xəbər verir ki, mutasiya etmiş yeni növ virus dekabrın ortalarında aşkar edilib. Böyük Britaniyanın Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adi virusdan daha sürətləyayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın Baş naziri Boris Conson bu virus növünün orijinal versiyadan 70 faiz daha yoluxucu olduğunu söyləyib.
Yanvarın 1-dəkBirləşmiş Krallığa uşuşların təxirəsalındığını ilk bəyan edən Niderland hakimiyyəti olub. Bunun ardından,Belçika ən azından 24 saat ərzində Böyük Britaniya ilə sərhədini bağladı. Sözügedən olayla əlaqəli London-Brüssel və London-Amsterdam arasında dəmir yol əlaqəsi dayandırılıb.
Böyük Britaniya ilə aviasiya mübadiləsini tamamlə dayandıran, yaxud məhdudlaşdıran ölkələr sırasında İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya, Finlyandiya, Xorvatiya və Danimarka da var.
Fransa da 48 saat müddətinə Böyük Britaniya ilə bütün nəqliyyat əlaqələrini dayandırıb. İsveç bu dövlətdən gələnlərin ölkə ərazisinə girişini qadağan edib.Yunanıstan onlar üçün 7 günlük, Kipr iki həftəlik karantin tətbiq etdi, İspaniya isə Birləşmiş Krallıqdan gələnləri xüsusi nəzarətdə saxlayır.
Avropaİttifaqı ölkələri ilə yanaşı, Türkiyə, İsveçrə, Kanda,İsrail və Argentina dövlətlərinin hakimiyyətləri də Britaniya ilə aviasiya əlaqələrini dayandırıb. Səudiyyə Ərəbistanı 1 həftəlik sərhədlərini bağlayıb, bütün beynəlxalq reysləri isə təxirə salıb.
Mənbə: RİA.Novosti
Tərcümə: Selcan
Sfera.az






