Xoşqədəm Hidayətqızı: "Koronavirus pis insanlara toxunmur..."
Kateqoriya məlum deyil
Tele-aparıcı Xoşqədəm Hidayətqızı insanları koronavirusdan ehtiyatlı olmağa çağırıb.
Sfera.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqram hesabında hekayə bölümündə video paylaşaraq bu sözləri qeyd edib:
"İnşallah ki, sağlamlığınız yerindədir. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun, amma nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. Fırıldaqçı, iyrənc, pisliklərlə dolu insanlara toxunmur, amma neçə-neçə yaxşı insanlar, gənclərimiz gedir.
İnanın mənə, tanıdım-tanımadığım haqqında yaxşı danışılan və koronanın aldığı canları eşidəndə çox ağlayıram".






