Logo

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Onlar dünyasını dəyişsələr də sosial şəbəkələrdə pul qazanırlar. Sfera.az artıq həyatda olmayan, buna baxmayaraq pul qazanmaqda davam edən məşhurlarla bağlı maraqlı faktları təqdim edir.

Sosial medianın ən məşhur ölü ulduzu, döyüş ustası Brüs Lidir (1940-1973). Hazırda idmançının "İnstagram” hesabında 6,4 milyon izləyicisi var. Onun ən məşhur sözü "Su kimi ol, dostum" adlanan kitabının elanı məhz İnstaqram hesabında yayımlanır və həyatda olmayan müəllifinə pul qazandırır.

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri

Pop janrının kralı Maykl Cekson (1958-2009) 5,6 milyon izləyici ilə hələ də ildə 48 milyon dollar qazanır. Çünki müğənnin musiqili və tədbirlərin tanıtımı "İnstagram” vasitəsilə həyata keçirilir.

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri

Aktrisa və model Merlin Manronun (1926-1962) adına açılmış "İnstagram” hesabında 1,7 milyon izləyici var. Dünya nəhəng moda markaları və zərgərlik şirkətləri, ölümündən 58 il sonra aktrisa Merlin Manronun adına kolleksiyalar istehsal edirlər.

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri

Amerikalı ulduz ifaçı Uitni Hyuston (1963-2012) 531k izləyici ilə varislərinə ildə 9,5 milyon dollar qazandırır. Müğənnin adından yeni il üçün xüsusi bir tekstil kolleksiyası hazırlanaraq "İnstagram”-da nümayiş etdirilir.

Ölsələr də sosial şəbəkələrdə pul qazanırlar – Dünyasını dəyişmiş məşhurların gəlirləri

Amerikalı repçi və aktyor Tupak Şakurun (1971-1996) 5,5 milyon izləyicisi var. 25 yaşında sui-qəsd nəticəsində öldürülən ulduzun pərəstişkarları onun svitelərini almaq üçün "İnstagram” hesabında yarışırlar.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR