Logo

Bu il bayram yarmarkaları təşkil olunacaqmı? - Açıqlama

Bu il bayram yarmarkaları təşkil olunacaqmı? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda sərt karantin rejimi bayram yarmarkalarının keçirilməsinə də öz təsirini göstərir.

Maraqlıdır, yeni il ərəfəsində bayram yarmarkaları təşkil olunacaqmı?

Məsələ ilə bağlı "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev Sfera.az-a danışıb.

"Əslində bayram yarmarkalarının təşkili nəzərdə tutulub. Sadəcə olaraq, ölkədə sərt karantin rejiminin olması ilə əlaqədar, bunun baş tutacağı dəqiq deyil. Nazirlər Kabineti yanında Operativ Qərargah icazə verdiyi təqdirdə yarmarkalar təşkil olunacaq. Ancaq nəticələr göstərir ki, karantin qaydaları yumşalmaya doğru getmir. Yenə də son nəticəni gözləyirik”.

Mayis Musayevin sözlərinə görə, qərar qəbul edilərsə, yarmarkalar paytaxtın 5 ərazisində təşkil ediləcək:

"Yarmarkalar ənənəvi qaydada paytaxın 5 ərazisində keçiriləcək. Nərimanov, Yasamal, Binəqədi, Abşeron və Suraxanı rayonlarında təşkil olunacaq. Yenə bildirmək istəyirəm ki, bununla bağlı son qərarı Nazirlər Kabinetiyanında Operativ Qərargah verəcək”.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR