Logo

DTX Cəlilabad rayonunda əməliyyat keçirdi: İcra başçısı rüşvət alarkən saxlanıldı

DTX Cəlilabad rayonunda əməliyyat keçirdi: İcra başçısı rüşvət alarkən saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

Sfera.az-ın məlumatına görə isə Cəlilabad RİH-dəki əməliyyat Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilib. Təfərrüatları yaxın zamanda təqdim etməyə çalışacağıq.

***

11:43

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR