Logo

Koronavirusun daha bir dəhşətli fəsadı üzə çıxdı... - DİQQƏT

Koronavirusun daha bir dəhşətli fəsadı üzə çıxdı... - DİQQƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni tip koronavirusa yoluxan xəstələrin 3 ay sonra yoxlanışı zamanı ağciyərlərində qalıcı zədə aşkarlanıb.

Sfera.az xəbər verir ki, Okfsord Universitetinin alimləri 19-69 yaş aralığında olan 10 xəstənin ağciyərini ksenon qazı istifadə edərək maqnit rezonans ilə yoxlayıb. Yoxlanış zamanı ksenon qazını içinə çəkərkən nəfəs darlığı yaşayan 8 nəfərin ağciyərində zədə olduğu məlum olub.

Xəstələrin COVID-19 infeksiyasından 3 ay sonra nəfəs darlığı ilə yanaşı yorğunluqdan şikayət etdikləri, amma infeksiya dönəmində heç birinin reanimasiyada olmadığı bildirilib.

Alimlər xəstələrdəki ağciyər zədəsinin ənənəvi yollarla aşkar edilmədiyini deyir.

(redaktor)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR