Logo

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - YENİLƏNİB

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

10 :02

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.

"Sfera.az-ın xəbərinə görə, R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.

Xatırladaq ki, onun təqaüdə göndərilməsi ilə bağlı xəbəri report.az saytı yaymışdı.

***

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, idarə rəisi hazırda iş başındadır: "Bununla bağlı yayılan məlumatlar yalandır. İdarə rəisi hazırda vəzifəsini icra edir".

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazovun əmri ilə R. Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

***Qeyd edək ki, xəbər haqqında ilkin məlumatı "Report" İnformasiya Agentliyi yayıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR