Logo

Evində huşsuz halda tapılan Xalq artistinin son durumu necədir? - AÇIQLAMA

Evində huşsuz halda tapılan Xalq artistinin son durumu necədir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Səfurə İbrahimovanın vəziyyəti qənaətbəxşdir”.

Bunu Sfera.az-a açıqlamasında  Akademik Milli Dram Teatrının  truppa müdiri Elnur Məmmədov deyib.

"Bildiyiniz kimi Səfurə xanım tək yaşayır. O neçə vaxtdır ki, heçkimlə ünsiyyət saxlamır. Qapalı bir həyat tərzi var. Mən özüm qardaşı qızı ilə əlaqə saxladım. Deyilənə görə müvazinətini itirərək yıxılıb, bir neçə yerdən əzilib. Hazırda evdə həkimlərin nəzarəti altında müalicə alır. İndi vəziyyəti yaxşıdır. Hər hansı bir narahatçılığı yoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, dünən Azərbaycanın xalq artisti, milli kino və teatrda yaratdığı ölməz obrazlarla tanınan Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR