Logo

Prezident bu şəxsə general-mayor ali hərbi rütbəsi verdi

Prezident bu şəxsə general-mayor ali hərbi rütbəsi verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Kənan Seyidov 2003-cü ildə, kapitan qismində Azərbaycan Respublikasının IV Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. 11 il sonra, 2014-cü ildə isə Kənan Seyidov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.

2016-cı ildə isə polkovnik-leytenant Kənan Seyidov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, yenə İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına təltif edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR