Logo

Polşada erməni vəhşiliyi: Soydaşımızı öldürdükdən sonra meşədə asıblar – QANDONDURAN TƏFƏRRÜAT

Polşada erməni vəhşiliyi: Soydaşımızı öldürdükdən sonra meşədə asıblar – QANDONDURAN TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Polşada ermənilər tərəfindən öldürülən qardaşımızın nəşini bizə vermirlər”.

Sfera.az xəbər verir ki, bunu Polşada ermənilər tərəfindən öldürüldüyü iddia edilən Müşfiq adlı azərbaycanlının qohumu Orxan Rəhimov bildirib. Mərhumun yaxını bu barədə sosial şəbəkədə paylaşım edib:

Polşada erməni vəhşiliyi: Soydaşımızı öldürdükdən sonra meşədə asıblar – QANDONDURAN TƏFƏRRÜAT

"Öldürülən mənim qohumumdur. Polşada ermənilər tərəfindən qətlə yetirilib. Polşadaki ekspertiza rəyi intihar etdiyini iddia edib. Amma doğmalarının əsaslı şübhələri var!”.

Bu yazı da qohumlarından birinin bildirdikləridir: "Salam. Mənim qohumum Müşfiq İsmayılovdur. Çox savadlı və vətənpərvər idi. Polşada mitinqlər olandan sonra Müşfiqi ermənilər izləyib, çünki o, tək yaşayırdı. Valideynləri onun gözü qarşısında hələ uşaq ikən avtomobil qəzasında vəfat etmişdi. Özü isə ermənilər tərəfindən öldürülüb, daha sonra nəşi meşəyə aparılaraq, orada asılıb. Günlərlə orada qalıb. Kənd camaatı görüb, yerli polis orqanlarına məlumat veriblər. Hazırda meyit morqdadır, amma nəşini ala bilmirik. Xahiş edirəm ictimailəşdirəsiz ki, səsimizi rəsmi orqanlarımıza çatdıra bilək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR