Logo

Ermənilərin Qarabağdakı məskunlaşma arealı daralıb – Yerevandakı etirazlar bu qəzəbin təzahürüdür

Ermənilərin Qarabağdakı məskunlaşma arealı daralıb – Yerevandakı etirazlar bu qəzəbin təzahürüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əgər Ağdam və Kəlbəcəri təhvil vermədən indiki mövqelərdə qalsaydıq, onda Dağlıq Qarabağın lap əvvəlki (Sovet dövründəki - red.) sahəsi qədər bir ərazi əlimizdə qalmış olardı”.

Sfera.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan deyib.Nazir bunu bildirməklə əllərində qalan ərazilərin xeyli daraldığını qeyd edib.

Seyran Ohanyan Dağlıq Qarabağın Azərbaycan daxilində dəhlizi olan yığcam əraziyə çevrildiyinə də diqqət çəkib. Belə kiçik ərazidə isə ermənilərin yaşaya biləcəyinin mümkünsüz olacağı, hətta sülhməramlıların da bu məsələyə həll tapa bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 5 rayondan ibarət olub. Ərazisi 4400 kv/kmdir. İndi isə Dağlıq Qarabağa daxil olan Hadrut rayonu (ərazisi 1877 kv/km) tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir. Keçmiş Əskəran, Şuşa, Mardakert və Martuni rayonlarının da ərazilərinin bir hissəsinə Silahlı Qüvvələrimiz tərəfindən nəzarət edilir.

Ermənilərin Qarabağdakı məskunlaşma arealı daralıb – Yerevandakı etirazlar bu qəzəbin təzahürüdür

Xəritəyə baxdıqda bu ərazilərin ən azı 500 kv/km olduğunu aydın görmək olur. Toplam olaraq, ümumi ərazi 2377 kv/km edir. Qalan ərazilərdə (4400-2377=2023 kv/km) isə hazırda ermənilər yaşayır.

Anlaşmanın şərtlərinə görə, həmin 2023 kv/km əraziyə tarixən yaşayan azərbaycanlılar BMT missiyası altında yerləşdirilir. O cümlədən, Xocalı, Ağdərənin 14 kəndi, Xankəndi, Xocavənd və s. Bu da bütövlükdə həmin ərazilərdə daha çox azərbaycanlının yaşaya biləcəyi anlamına gəlir. Belə olan halda da Seyran Ohanyanın da dediyi kimi kiçik ərazidə yerləşdiriləcək ermənilərin həmin ərazilərdə yaşamaları çətinləşəcək.

Bütün bu faktlar deməyə imkan verir ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış sənədin şərtləri tam olaraq Azərbaycanın xeyrinədir, nəinki ermənilərin. Bu gün Ermənistanda getdikcə daha geniş miqyas alan etiraz aksiyaları da bu həqiqətin düşmən ölkədə bütün çılpaqlığı ilə anlaşıldığının göstəricisidir.

Sfera.az

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR