Logo

“Rusiya sülhməramlıları niyə Qarabağa Ermənistandan gəldi?” - Açıqlama

“Rusiya sülhməramlıları niyə Qarabağa Ermənistandan gəldi?” - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yəqin, məsləhət belədir”.

Sfera.az-a açıqlamasında bu sözləri 400-ə yaxın Rusiya sülhməramlısının Dağlıq Qarabağdakı dislokasiya məntəqəsinə Azərbaycan ərazisindən deyil, Ermənistandan keçərək gəlməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib:

"Bu cür həssas məsələlərə münasibət rəsmi orqanlardan gəlməlidir. Anlaşma varsa, sülhməramlılar gəlirsə, çox güman ki, hansı ərazidən gəlmələrini Azərbaycan tərəfi ilə razılaşdırıblar”.

İ. Vəlizadə düşünür ki, belə bir həssas məqamda sülhməramlıların ölkəmizin ərazisindən istifadə edərək Qarabağa gəlməsi məsləhət də deyil:

"Gələn sülhməramlılar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkəyə məxsusdur. Yəni, faktiki olaraq onlar Ermənistanın müttəfiqidir. Bu mənada düşmənin müttəfiqinin bizim ərazimizdən gəlməsi məqbul sayılmamalıdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR