Logo

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu Azərbaycanın qələbəsini təmin edən bir sənəddir”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan üçtərəfli bəyanatı dəyərləndirərkən Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib:

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

Bu, müharibənin yekunlaşmasına aid sənəddir. Azərbaycan hədəflərinə çatdı. Qarabağa status vermədən ermənilərin Azərbaycan tərkibində yaşamasını, həm də Naxçıvanla yolun açılmasını təmin etdik. Belədə, həmçinin bölgədə Türkiyə ilə Rusiyanın ciddi əməkdaşlığına kifayət qədər zəmin yarandı.

Bu da bölgəmizin gələcək inkişafı üçün mühüm addımdır. Laçın dəhlizində rus sülhməramlıları olsa da, ona nəzarətbütövlükdə Türkiyə tərəfində olacaq. Ona görə də burada Türkiyənin birbaşa prosesin içində yer alması ölkəmizin maraqlarına cavab verir”.

"Müəyyən narahatedici məqamlar var”

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

Bunu isə sayta açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

"Çoxlu ciddi suallar yaradan bəyanatdır. Rusiya qoşunlarının Azərbaycan ərazisinə gətirilməsi bu qəbildəndir. Türkiyənin də prosesdə iştirak edəcəyi barədə fikirlər səslənsə də, sənəddə bu barədə heç nə qeyd olunmayıb.

Ümumiyyətlə, irəli sürülən şərtlərdən biri də Ermənistan tərəfinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsi idi. Bu şərtə də əməl olunmadı. Bu baxımdan imzalanan bəyanatda narahatedici cəhətlər yox deyil”.

"Bu sənəd Ermənistanın kapitulyasiyası deməkdir”

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə belə düşünür:

"Azərbaycanın Naxçıvana yolu da açılır. Rusiya qoşunları ilə yanaşı qardaş Türkiyənin hərbi qüvvələri də prosesi müşahidə edəcək. Bu məqamları müsbət qiymətləndirirəm. Həmin proses müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandanın gördüyü uğurlu işlərin nəticəsidir”.

"Danışıqlar masası arxasında Türkiyə də yer alacaq”

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

ASDP sədri Araz Əlizadə sazişə qiymət verərkən məhz bu məqamı xüsusi olaraq vurğuladı:

"Çox mühüm sənəddir. Müharibəyə son qoyulur. Qarabağ Azərbaycana qaytarılır. Burada ən mühüm məqam odur ki, danışıqlar masası arxasında Türkiyə də yer alacaq. Bu qüvvələri bərabərləşdirir”.

"Əldə olunan saziş müsbət nəticədir”

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

AMİP lideri Etibar Məmmədov bu qənaətdədir:

"Hərbi əməliyyatlar dayandırılıb. Ermənistanın işğal etdiyi rayonlardan çıxması barədə öhdəliyi var, özü də qısa müddətdə. İki-üç həftəyə. Bundan əlavə, kommunikasiyaların açılması, Naxçıvanla Bakı arasında əlaqələrin bərpası müsbət haldır. İstənilən halda sülhməramlı qüsmində kimsə olmalıdır. Rusiya sülhməramlıların gətirilməsi də şərtlərlə bağlıdır.

Ermənistan öz hərbi hissələrini bütün ərazilərdən çıxarmalıdır. Həmin prosesə nəzarət edən kənar qüvvənin yerləşdirilməsi əvvəldən nəzərdə tutulurdu. Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə də burada monitorinq həyata keçirəcək. Düzdür, bəzi narahatlıqlar ola bilər. Hələlik bəzi məqamlar açıq qalır. Müqavilə bağlananda bunların hamısı dəqiqləşdirilməlidir”.

"Bu məsələ o zaman ədalətli olar ki...”

Müxalifət sülh şərtlərini necə dəyərləndirir? – Partiya sədrlərindən AÇIQLAMA

ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Rusiya ermənipərəst mövqedədir:

"Moskva ermənilərdən öz maraqları naminə hər zaman bir vasitə kimi istifadə edib. Bu məsələ o zaman ədalətli olar ki, paralel olaraq Türkiyə də atəşkəsin saxlanmasında iştirak etsin. Türkiyəsiz bu məsələ erməni-rus qüvvələrinin Azərbaycanı işğal etməsi üçün şərait yaradacaq.

Düzdür, bəyanat verilir ki, heç bir müqavilə yoxdur. Amma buna baxmayaraq, orada sülhməramlı qüvvələrin olmasını istəyiriksə, bu məsələdə Ankara ilə Moskvanın bərabər şəkildə iştirakı vacibdir. Bunun əksinin baş verməsi isə bizdə müəyyən suallar doğurur.Türkiyə qoşunları da Qarabağa yeridilməlidir. Erməni qoşunlarının Xankəndi və digər Azərbaycan şəhərlərindən çıxarılması məsələsi qoyulmalıdır”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR