Logo

“Ermənistan qovduğu azərbaycanlılara muxtariyyat verməlidir...” – Qarabağ erməniləri status istəyirlərsə...

“Ermənistan qovduğu azərbaycanlılara muxtariyyat verməlidir...” – Qarabağ erməniləri status istəyirlərsə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanla Ermənistan arasında hər hansı sazişin bağlanacağını gözləmirəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında müharibənin bitməsindən sonra Bakı ilə İrəvan arasında münasibətlərin hansı müstəvidə ola biləcəyinə toxunarkən politoloq Cümşüd Nuriyev deyib.

Həmsöhbətimizin fikrincə, Azərbaycana məxsus ərazilər döyüş hesabına geri alındığından Ermənistanla danışıqlar bu istiqamətdə aparıla bilər ki, İrəvan Qarabağa hansı statusu istəyirsə, eyni statusu da vaxtilə dədə-baba yurdundan qovduğu azərbaycanlılara versin:

“Ermənistan qovduğu azərbaycanlılara muxtariyyat verməlidir...” – Qarabağ erməniləri status istəyirlərsə...

"Bu mədəni muxtariyyət və yahansısa digər muxtar qurum formasında ola bilər. Görünən odur ki, Ermənistan buna getməyə hazır deyil. Deməli, Azərbaycan da öz daxilində Qarabağ erməniləri ilə bağlı hansısa xüsusi statusla razılaşmayacaq”.

Cümşüd Nuriyev bildirir ki, bu savaş rəsmi olaraq dövlətlərarası müharibə statusunda olmadığından hansısa sülh sazişinin imzalanacağı da mümkün deyil:

"Yəni, burada qələbəmizin sonunda saziş imzalanmasından söhbət gedə bilməz. Beynəlxala hüquq buna imkan vermir. Azərbaycam BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü icra etdi. Beynəlxalq hüquqa görə bunu beynəlxalq təşkilatlar etməli idi, lakin onlar etmədilər. Ona görə müharibə başa çatandan sonra belə Azərbaycanın Ermənistanla hansısa danışıqlar aparmasına şahidlik etməyəcəyik”.

Politoloqun qənaətinə görə Azərbaycan Ermənistanla yalnız ikitərəfli qaydada bəzi sazişlər imzalaya bilər. Onun fikrincə, bu sazişlərdən biri Naxçıvanla bağlı ola bilər:

"Ermənistan müharibədən sonra blokadadan çıxmaq istəyirsə, Azərbaycanın şərtlərini qəbul etməlidir. Bu şərtlər də Naxçıvana Ermənistan ərazisindəndən keçməklə dəmir və avtomobil yollarının bərpa edilməsindən ibarətdir. Ermənistan buna razılaşmayacaqsa, ölkəmizin itirəcək nəyisə yoxdur. Azərbaycan artıq Qars üzərindən Naxçıvana dəmir yolu çəkir.

“Ermənistan qovduğu azərbaycanlılara muxtariyyat verməlidir...” – Qarabağ erməniləri status istəyirlərsə...

Amma Ermənistan tam blokadada qalacaq. Türkiyə və Azərbaycan sərhədi açmır. İrəvanın Gürcüstanla da problemi var. Habelə onların bu günə qədər arxayın olduqları İran da artıq öz qəti sözünü deyib. Tehran da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Belədə, Ermənistanın müharibədən sonra bir şansı var, Naxçıvanla bağlı Azərbaycanın şərtlərini qəbul etmək”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR