Logo

Ermənistan Qarabağdan nə qədər qızılımızı oğurlayıb? – 9,2 milyard dollarlıq sərvət geri qaytarıldı

Ermənistan Qarabağdan nə qədər qızılımızı oğurlayıb? – 9,2 milyard dollarlıq sərvət geri qaytarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşğal altında olan ərazilər yeraltı təbii sərvətləri ilə zəngindir. Regionda ən çox yayılan faydalı qazıntılardan biri də əlvan metal filizləridir. Əlvan metal filiz yataqları Kəlbəcər, Laçın, Zəngilan və keçmiş Ağdarə rayonlarında aşkarlanıb.

Sfera.az bildirir ki, regionun ən dəyərli əlvan metal filizi qızıldır. Burada 3 rayonda qızıl yatağı aşkarlanıb. Keçmiş Ağdərə rayonunun Qızılbulaq faydalı qazıntı yatağında 13,6 ton qızıl, Kəlbəcər rayonunun Zod yatağında 112,5 ton qızıl, Zəngilan rayonunun Vejnəli yatağında 6,5 ton qızıl ehtiyatı mövcuddur. Ümumilikdə işğal altında olmuş ərazilərdə 132,6 ton qızıl olduğu proqnozlaşdırılır.

Ermənistan Qarabağdan nə qədər qızılımızı oğurlayıb? – 9,2 milyard dollarlıq sərvət geri qaytarıldı

Hazırda bir qram xalis qızılın qiyməti 61 dollar, bir tonunun dəyəri 61 milyon dollar olduğunu nəzərə alsaq, işğal altındakı yataqlarda olan qızılın dəyəri 8,1 milyard dollardan artıqdır.

Zəngilan rayonu ərazisində yerləşən Vejnəli yatağının ərazisi işğaldan azad edilib. İlkin məlumatlar göstərir ki, Ermənistan İsveçrə şirkətləri ilə qeyri-qanuni yollarla əlaqəyə girməklə qızıl yatağının işlənməsini həyata keçirib.

Kəşfiyyat məlumatlarına əsasən Kəlbəçərin Zod yatağında da hasilat işləri aparılıb. Hələlik, hasilat zamanı nə qədər qızılın çıxarıldığına dair dəqiq məlumat yoxdur. Bəzi məlumatlara əsasən Zod yatağında olan ehtiyatın təxminən 10 faizinin istismar edildiyi bildirilir. Hər halda dəqiq məlumatlar bütün qızıl yataqları azad edildikdən sonra öyrəniləcək.

İşğal altında qalan ərazilərdə mis ehtiyatı da çoxdur. Keçmiş Ağdərə rayonunun Qızılbulaq yatağında 48 min ton, Dəmirli yatağında 1000 ton, Canyataq-Gülyataq yatağında 600 ton, Zəngilanın Vejnəli yatağında 3000 ton mis olduğu proqnozlaşdırılıb. Bölgədə cəmi 52 600 ton mis ehtiyatı aşkarlanıb. Hazırda misin bir tonunun bazar qiyməti 3100 dollardır. Mövcud bazar qiyməti nəzərə alınarsa, işğal altında qalmış ərazilərdəki mis ehtiyatının 163 milyon dollardan yüksək olduğu aşkarlanır.

Ermənistan Qarabağdan nə qədər qızılımızı oğurlayıb? – 9,2 milyard dollarlıq sərvət geri qaytarıldı

Regionda aşkarlanan yüksək dəyəri olan digər əlvan metal civədir. Maye halında olan bu metal 2 rayonda - Kəlbəcər və Laçında aşkarlanıb. Kəlbəcər rayonunda 4 Civə yatağı aşkarlanıb. Bunlar Ağyataq (ehtiyatı 190 ton), Levçay (503 ton), Şorbulaq (30 ton), Ağqaya (150 ton) yataqlarıdır. Laçın rayonunda isə 2 yataq mövcuddur. Çilkəz yatağında 734 ton, Narzanlı yatağında 442 ton civə var.

Ümumiləşdirsək, Kəlbəcər və Laçında 2049 ton civə ehtiyatının olduğu müəyyənləşdir. Müxtəlif məlumatlara əsasən civənin bir kiloqramının bazar dəyəri 350-400 dollardır. Bu qiymətləri əsas götürərək hesablasaq, məlum olur ki, işğal altında qalan ərazilərdə 770 milyon dollar dəyərində civə ehtiyatı var.

İşğal altında olmuş ərazilərdə həmçinin sink və qurğuşun ehtiyatı da mövcuddur. Sink və qurğuşun yalnız keşmiş Ağdərə rayonunun ərazisində aşkarlanıb. Burada Mehmana yatağında 37,3 min ton qurğuşun və 40,4 min ton sink var. Hazırda dünya bazarında qurğuşunun bir tonu 1837 dollar, sinkin bir tonu 2586 dollardır. Mövcud qiymətlər nəzərə alınarsa, yataqlarda 68,5 milyon dollarlıq qurğuşun, 104,5 milyon dollarlıq sink ehtiyatı var.

Ermənistan Qarabağdan nə qədər qızılımızı oğurlayıb? – 9,2 milyard dollarlıq sərvət geri qaytarıldı

Beləliklə, işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz 9,2 milyard dollar dəyərində olan sərvəti idarə etmək imkanı qazanacaq. Lakin onu da qeyd edək ki, adıçəkilən yataqlarda olan əlvan metal filizlərinin miqdarı 1960-1980-ci illərin proqnozu əsasında müəyyənləşib. Müasir və üstün texnologiya həmin yataqlarının ehtiyatlarının daha dolğun qiymətləndirilməsinə imkan verəcək. Təcrübəyə əsaslanaraq qeyd edə bilərik ki, əlvan metal filizi yataqlarında ehtiyatlar əvvəlki proqnozlarla müqayisədə daha çoxdur.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR