"Bomba Calal Arutyunyanı parça-parça edib" - Nazirlik
Sfera.az bildirir ki, Azərbaycan təhlükəsizlik qüvvələri parlaq əməliyyatın görüntülərini də yayıb. Beş gün sonra, cəmi bir neçə saat əvvəl, erməni tərəfi hər halda C.Arutyunyanın ağır yaralandığını etiraf etdi.
Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, separatçı qoşunların komandanı ölüm ayağındadır.
Hərçənd Azərbaycanın Müdafiə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, C.Arutyunyan Azərbaycanın xüsusi əməliyyatı nəticəsində öldürülüb: "Calal Arutyunyanın parçalara bölündüyünə dair təkzibolunmaz dəlillərimiz var. Ermənistan tərəfi C. Arutyunyanı bizə canlı olaraq göstərə bilsəydi, biz bu video sensasiyaya yalnız sevinərdik. Ermənistan KİV-lərinin tirajladığı informasiya qoşunların komandanının həlak olması faktını gizlədən erməni güc strukturlarına ictimai təzyiqin yumşaldılmasına cəhddir".






