Logo

Şimal cəbhəsindən şad xəbərlər eşidəcəyik – Ekspertdən tam qələbənin vaxtı ilə bağlı açıqlama

Şimal cəbhəsindən şad xəbərlər eşidəcəyik – Ekspertdən tam qələbənin vaxtı ilə bağlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ən yaxın müddətdə hərbi əməliyyatlar tam qələbəmizlə sona çatacaq. Artıq düşmən ordusu mobil qüvvəyə malik deyil və döyüş qabiliyyətini tamamilə itirib”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanın bir ay ərzində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar fonunda tam qələbənin əldə edilməsi üçün döyüşlərin daha hansı müddətə qədər davam edə biləcəyinə dair sualı cavablandırarkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.

O qeyd edib ki, artıq düşmən əməliyyat şəraitinə nəzarət etmək iqtidarında deyil:

Şimal cəbhəsindən şad xəbərlər eşidəcəyik – Ekspertdən tam qələbənin vaxtı ilə bağlı açıqlama

"1994-cü ildə atəşkəs elan olunandan bəri ermənilər işğal etdiyi torpaqlarımızda sanballı müdafiə səngərləri qura bilmişdi. Ancaq buna baxmayaraq, Azərbaycan Ordusu qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək əsas mövqelərini vurub sıradan çıxartdı, onu geri otuzdurdu.

Düşmənin 3 il ərzində işğal etdiyi torpaqlarımızı Azərbaycan Ordusu günlər hesabına geri aldı.Xüsusilə cənub istiqamətində döyüşlər çox uğurla aparıldı. Yəni, strateji baxımdan, müasir hərb sənətinin tələbləri səviyyəsində taktika quraraq düşməni geri otuzdurdu. Düşmən əsas mövqelərini artıq itirib. Ona görə də Paşinyan gülməli bəyanatlarla döyüş üçünermənilərə yalvarmağa başlayıb”.

Ekspert bildirdi ki, Azərbaycanın cənub istiqamətində əks hücuma keçməsi, düşmənin bu istiqamətdəki qruplaşmasını sıradan çıxarması gələcək hərbi əməliyyatlara müsbət təsir edəcək və ermənilərin şimal qruplaşmasını da çıxılmaz vəziyyətdə qoyacaq:

Şimal cəbhəsindən şad xəbərlər eşidəcəyik – Ekspertdən tam qələbənin vaxtı ilə bağlı açıqlama

"Ermənistanın ön xətdəki əsas qüvvələri Füzuli istiqamətdə cəmləşmişdi. İndiki halda, Füzuli, Cəbrayıl və Laçın dəhlizi istiqamətinə Ordumuzun ümumən nəzarət etməsi avtomatik olaraq düşmənin şimal qruplaşmasını da çıxılmaz vəziyyətə salıb. Bu yolun bağlanması ilə onların yeganə çıxış yolu da bağlanacaq”.

İ. Rüstəmli müharibənin daha nə qədər davam edəcəyini proqnozlaşdırmağın çətin olduğunu söylədi:

Şimal cəbhəsindən şad xəbərlər eşidəcəyik – Ekspertdən tam qələbənin vaxtı ilə bağlı açıqlama

"Artıq Azərbaycan Ordusu Ermənistan üzərində qələbə qazanıb. Belə vəziyyətdə müharibənin daha bir aya qədər uzanacağını düşünmürəm. Düşmənin ehtiyat silah-sursat anbarları tamamilə sıradan çıxarılıb, xeyli tankı məhv edilib. Eyni zamanda, düşmən qoşunları arasında qarşılıqlı əlaqə də pozulub.

Nəticədə düşmən ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə sarsılıb. Artıq Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısına çıxa biləcək mobil qüvvəyə malik deyil. Belə olan halda ən yaxın müddətdə hərbi əməliyyatların tam qələbə ilə başa çatacağını müşahidə edəcəyik”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR