Sabahdan bu şəhər və rayonlara da giriş-çıxış dayandırılır
Kateqoriya məlum deyil
Son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub.
Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.






