Logo

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi".

Sfera az xəbər verir ki, bunu aparıcı Hacı Nuran "İnstagram” hesabında Gəncə qətliamında gözlərini itirən Pərvin Qasımovadan yazarkən bildirib.

Pərvin Nüsrəddin qızı Qasımovanın cəmi 26 yaşı var. Dünənə qədər həyat onun üçün güllü-çiçəkli idi. Bu gündən isə qaranlıq, zülmət. Çünki erməni faşistləri onu dünya işığına həsrət qoydu.

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında onun da adı var - gözünü itirdi Pərvin. Dağıntılar altından sağ çıxarıldığına şükür edir doğmaları. O da üsyankar deyil. "Gözüm vətənə qurban olsun” deyir.

"Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm. Təki vətən sağ olsun, oğullar şəhid olmasın”.

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

Bundan böyük ürək olarmı? Gənc bir qızın məntiqi qarşısında baş əymək gərək. Mən bu xalqın mərd oğul, qızları ilə fəxr edirəm. Biz ona görə bu gün tarix yazırıq. Çünki bu xalqın anaları vətən uğrunda şəhid olan oğul tabutunu çiynində daşıyar, qızları isə "Gözüm vətənimə qurban olsun”, deyər.

“Gözüm vətənə qurban” – Gəncə qətliamında görmə qabiliyyətini itirən xanımdan ÜRƏKDAĞLAYAN SÖZLƏR

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR