Düşmən ordumuzun cəbhədəki uğurlarını etiraf etdi
Sfera.az xəbər verir ki, Arutyunyan bu barədə yaydığı videomüraciətdə açıqlama verib.
"Bəzi bölgələrdə düşmən cəbhə xəttinə girə və daha dərinə doğru hərəkət etməyə müvəffəq olub" , - deyə o qeyd edib.
Çarəsiz qaldığını açıq göstərən Arutyunyan xaricdə yaşayan erməni diasporası nümayəndələrini də Qarabağda döyüşlərə qoşulmağa çağırıb: "Eyni zamanda Ermənistandakı qardaşlarımızı çağırıram: Həlledici an gəldi, vətəni qorumaq üçün vaxt gəldi. Dəstəyiniz çox vacibdir, sizin burada fiziki varlığınızı və ölkənin müdafiəsində iştirakınızı gözləyirik".
Qeyd edək ki, Ermənistanda vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir. Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.
Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.






