Logo

Tixanovskaya Lukaşenkoya 13 gün vaxt verdi - ULTİMATUM

Tixanovskaya Lukaşenkoya 13 gün vaxt verdi - ULTİMATUM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tixanovskaya Lukaşenkoya ultimatum verdi.

Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Belarusiyanın keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya ölkə başçısı Aleksandr Lukaşenkoya ultimatum verib.

Tixanovskaya bəyan edib ki, 25 oktyabra qədər hakimiyyət müxalifətin tələblərini yerinə yetirməlidir.

"İki aydır ki, siyasi böhran, zorakılıq və qanunsuzluq davam edir. Artıq cana doymuşuq. Rejimin 3 vacib tələbimizi yerinə yetirmək üçün 13 günü var:

"Lukaşenko prezident postunu tərk etdiyini bəyan etməlidir. Küçələrdə zorakılığa birdəfəlik son qoyulmalıdır. Bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Bizim hazırlaşmaq üçün 13 günümüz var və bütün bu müddət belaruslar öz dinc və inadkar etiraz aksiyalarını davam etdirəcək”,- deyə Tixanovskaya öz Teleqram-kanalında bildirib.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR