Logo

Humanitar atəşkəs atəşi niyə kəsə bilmir? – Ekspertlər son durumu dəyərləndirir

Humanitar atəşkəs atəşi niyə kəsə bilmir? – Ekspertlər son durumu dəyərləndirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əldə olunan atəşkəs Azərbaycanın maraqlarına uyğun deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əldə olunan atəşkəs razılaşmasının ölkəmizin maraqlarına nə dərəcədə cavab verib-vermədiyi məsələsinə toxunarkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

Humanitar atəşkəs atəşi niyə kəsə bilmir? – Ekspertlər son durumu dəyərləndirir

"Düşmən ölkə fürsətdən istifadə edib, istehkamları gücləndirə, cəbhə xəttinə yetərincə yeni texnika yeridə bilər. Əslində, humanitar atəşkəsə də riayət olunmur. Bu mənada atəşkəsin ölkəmizə faydalı olduğunu düşünmürəm. Bundan sonra ümumiyyətlə, gərək danışıqlar masası arxasında oturmayaq.

Bir tərəfdən, atəşkəs elan edir, danışıqlardan dəm vurur, o biri tərəfdən ərazilərimizi yenidən atəşə tutur, Rusiyadan Ermənistana silah daşınması davam edir. Rusiyanın təkbaşına vasitəçilik missiyası yolverilməzdir”.

"Ermənistan son şansı da dəyərləndirə bilmədi, əldən verdi”

Humanitar atəşkəs atəşi niyə kəsə bilmir? – Ekspertlər son durumu dəyərləndirir

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"Atəşkəsin imzalanmasının müəllifi Rusiya Prezidenti Vladimir Putindir. Burada da humanitar atəşkəsdən söhbət gedir ki, ermənilər döyüş meydanındakı cəsədlərini yığışdırıb, aparsın. Azərbaycanın bu danışıqlara prosesin baza prinsipinə uyğun aparılması şərtilə razılıq verib. Baza prinsiplərində ilk növbədə işğaldakı 7 rayonun geri qaytarılmasından söhbət gedir.

Onsuz da hərbi yolla torpaqlarımızı geri alırıq, ancaq bu zaman itklər də baş verir. O nöqteyi-nəzərdən dinc yolla eyni nəticə əldə edilirsə, bu daha optimal variantdır. Ancaq hadisələrin gedişi göstərir ki, Ermənistan bu son şansı da dəyərləndirə bilmədi, əldən verdi”.

Deputat qeyd etdi ki, düşmən atəşkəs rejimindən, sülh danışıqlarından öz məqsədləri üçün istifadə edir:

"Unutmayaq ki, Şuşa şəhəri də məhz İranın vasitəçiliyilə sülh danışıqları gedən ərəfədə işğal olunmuşdu. İndi də sülh danışıqlarının mürəkkəbi qurumamış Ermənistan bir neçə istiqamətdə atəşkəsi pozdu, Gəncə şəhərini raket atəşinə tutdular. Nəticədə erməni tərəfi bütün simasızlığını bir daha ortaya qoydu. Ermənistan bununla növbəti hərbi cinayətə imza atıb. Azərbaycan Prezidenti qarşı tərəfə bir şansı vermişdi ki, düşmən onu da əldən buraxdı”.

E. Nəsirovun fikrincə proses belə deməyə əsas verir ki, hadisələr yenidən məhz müharibə ssenarisi üzrə inkişaf edir: "Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməkdədir. Hesab edirəm ki, lap yaxın günlərdə Ali Baş Komandan xalqımızı növbəti şad xəbərlərlə sevindirəcək”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR