Logo

“Geri aldığımız rayonları niyə yenidən erməni ilə müzakirə etməliyik?” – Şərtləri dəyişəcəyik

“Geri aldığımız rayonları niyə yenidən erməni ilə müzakirə etməliyik?” – Şərtləri dəyişəcəyik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın son bir ayda üstündə durduğu məqam, BMT qətnamələrinin icrası və erməni qoşunlarının dəqiq çıxma qrafiki substantiv danışıqların ana parameti olacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri Moskvada əldə edilən atəşkəs razılaşması fonunda Qarabağ konfliktinin həlli məqsədilə substantiv danışıqlara başlamaq qərarının əsasında hansı məqamların dayandığına aydınlıq gətirərkən "Qafqaz" Beynəlxalq Münasibətlər vıə Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyib.

Həmsöhbətimiz qeyd etdi ki, substantiv danışıqlar nəticəyə hesablanmış danışıqlardır: "Amma onu ermənilər elə günə qoydu ki, artıq aləm bir-birinə qarışıb. Danışıqlar prosesi substantiv olmaqdan çıxdı. Açığı, indinin özündə də substantiv danışıqların içi boşdur”.

Nazim Cəfərsoy bildirdi ki, artıq baza prinsiplərinin yozulması ilə bağlı fərqli konsepsiya gündəmə gələcək:

"Son brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, substantiv danışıqlarda artıq BMT-nin 4 qətnaməsinin icrası, işğalçı qoşunların dəqiq çıxış qrafiki də müzakirə masasına çıxarılacaq. Yəni, Azərbaycanın son bir ayda üstündə durduğu məqam, BMT-nin qətnamələri və erməni qoşunlarının dəqiq çıxma qrafiki substantiv danışıqların ana parametləri olacaq.

Bunlarsız Bakı danışıqlara getməyəcək. Azərbaycan üçün substantiv danışıqlar artıq məhz bu iki məqamdan ibarətdir - BMT qətnamələrinin icrası və işğalçı qoşunların dəqiq çıxarılma qrafiki”.

Həmsöhbətimiz hesab edir ki, əvvəlki baza prinsipləri içərisində ölkəmizə sərf edən məqamlar olduğu kimi, sərf etməyənlər də var. Onun sözlərinə görə, statusun referendumla müəyyənləşdirilməsi, aralıq statusu, Ermənistana koridor verilməsi kimi məsələlərin bir hissəsi bu dəfəki danışıqlarda aradan qaldırılacaq, digər hissəsi isə Azərbaycanın maraqlarına uyğun yenidən yozulacaq:

"Yəqin ki, aralıq statusu daha fərqli kontekstə daşınacaq. Burada İrəvanın əvvəlcə 5, sonra da 2 rayonumuzu boşaltmaq məsələsi vardı. İndi 5 rayonu zatən almaq üzrəyik. Cəbrayıl bizdədir, Füzuli də konkretləşmək üzrədir. Ağdərə və Hadrudda da Azərbaycan qoşunları var. Ordumuz Hadrud istiqamətindən Şuşaya doğru 70 km məsafədədir. 2 rayonu da bu gün, sabah əldə edəcəyik.

Belə olan halda hərb meydanında geri aldığımız rayonları niyə yenidən erməni ilə müzakrə etməliyik? Bir sözlə, hərb meydanındakı mövcud vəziyyət müzakirələrdə də öz əksini tapacaq”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR