Logo

“Bu, qısamüddətli humanitar atəşkəsdir, bundan sonra..” – Millət vəkili

“Bu, qısamüddətli humanitar atəşkəsdir, bundan sonra..” – Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatının dəyişdirmək kimi bütün iddialarının dağıdıldığı aydın şəkildə ortadadır.

Maraqlıdır, artıq bir çox dünya liderlərinə yardım üçün zəng edən Ermənistan baş naziri Nikol Paşinyan bundan sonra da danışıqlar prosesi üçün yeni tezislər irəli sürəcəkmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə Ermənistanın yeni oyun oynamağa imkanın olmadığını bildirib:

“Bu, qısamüddətli humanitar atəşkəsdir, bundan sonra..” – Millət vəkili

"Düşünürəm ki, indiki məqamda əsas razılıq qısamüddətli humanitar atəşkəsdir. Ermənilər döyüş bölgəsindən öz itkilərini yığışdırmalıdırlar. Bundan sonra Ermənistan Azərbaycan əraisindən öz qoşunlarını çıxartmalıdır.

Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri yenə də ATƏT-in Minsk qrupunun öhdəlikləri, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə məşğul olacaq və Ermənistanı razılığa məcbur edən sülh əməliyyatını davam etdirəcək.

Ermənistanın yenidən oyun oynamağa imkanı yoxdur. Onlar qısa müddətdə qətnamələri icra etməlidir”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR