Logo

“Komendant saatı 23-00-dək uzadılsın” - Deputatdan təklif

“Komendant saatı 23-00-dək uzadılsın” - Deputatdan təklif
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 28-dən etibarən Bakı və bəzi bölgələrdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. 20:00-dan etibarən isə ictimai nəqliyyat işləmir.

Xüsusilə paytaxtda sakinlər bu müddətin onların işinə mane olmasından, vaxt azlığının şəhərdə tıxac yaratdığından narazıdır.

Maraqlıdır, hazırkı dönəmdə komendant saatının tətbiq edilməsində dəyişiklik etmək olarmı?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Fazil Mustafa komendant saatının uzadılmasını təklif edib:

“Komendant saatı 23-00-dək uzadılsın” - Deputatdan təklif

"Komendant saatının tətbiqi gecə saat 23:00-dək uzadılsa daha yaxşı olar. Çünki Bakıya yaxın hər hansı ərazidə hərbi əməliyyatlar keçirilmədiyi üçün ortada elə də təhlükəli durum yoxdur. Həm də insanların iş rejimi ilə bağlı problemlər yaranır.

Görünür ki, vaxtı müəyyənləşdirərkən müəyyən mülahizələr nəzərə alınıb. Amma indi imkan var ki, bu vaxt ən azı 22:00-23:00-dək uzadılsın. Zamanın belə uzadılması vətəndaşların işini yüngülləşdirə bilər. Nəqliyyatın da işləmə mexanizmi dəyişə bilər. Yəni, ictimai nəqliyyatdan 21:00-dək istifadəyə icazə verilsə daha yaxşı olar”.

Komendant saatının iqtisadiyyata təsiriindən danışan iqtisadçı ekspert Azər Mehdiyevmövcud rejimin ölkə iqtisadiyyatını gerilədəcəyini qeyd edib:

“Komendant saatı 23-00-dək uzadılsın” - Deputatdan təklif

"Komendant saatını ilkin olaraq 23:00-dan sonra tətbiq etmək və xalqı bu rejimə uyğunlaşdırmaq daha yaxşı olardı. Əgər zamanla ehtiyac olsa bu müddət daha da qısaldıla bilərdi. Toplum bu cür qərarlara alışmadığı üçün rejimə tam öyrəşmək də çətin olur. Bundan əlavə 21:00-dan etibarən tətbiq edilən komendant saatı həm də iqtisadi proseslərə mənfi mənada təsir göstərir.

Xüsusilə ictimai nəqliyyatın 20:00-dan sonra çalışmaması insanları taksidən istifadəyə məcbur edir ki, bu da pul itkisidir və toplumu daha da gərginləşdirir. Buna görə avtobusların 21:00-dək işləməsi və sürücülərin daha sonra hansısa mexanizmlə evə çatdırılmasını təşkil etmək lazımdır”.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR