Logo

"Qarabağın şimalını da, cənubunu da itirmişik..." - Erməni bloger Paşinyana “həyasız yalançı” dedi

"Qarabağın şimalını da, cənubunu da itirmişik..." - Erməni bloger Paşinyana “həyasız yalançı” dedi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Erməni bloger və media-eksperti Tiqran Köçəryan özünün səhifəsində yerləşdirdiyi çağırışda ölkəsini əsas müttəfiqi olan Rusiyasız qoyduğuna görə Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib.

Köçəryan həmçinin Paşinyanın Gəncəni bombalamaq əmrini də qınayıb.

Sfera.az erməni blogerin "Mən artıq susmayacağam” adlı iki yazısını oxucularına təqdim edir:

"Mən uzun müddət susdum. Paşinyana məsələni söz verdiyi kimi həll etmək üçün kifayət qədər vaxt verdim. Amma daha susa bilmirəm.

Getdikcə daha çox tanışım cəbhədən pis xəbər alır, rəsmi kanallar isə Paşinyanın yarıtmaz siyasətini ört-basdır etmək məqsədi ilə öz əhalisinə həyasızcasına yalan danışır. Onun ucbatından Ermənistan bu taleyüklü məqamda yeganə müttəfiqi olan Rusiyasız qaldı.

Bəs, hakimiyyət Rusiyanı geri qaytarmaq üçün nə edir? Heç nə.

Hakimiyyət Rusiya hərbçilərinin guya artıq Stepanakertdə olduğu, köməyə gəldikləri barədə məlumat və şayiələr yayır. Bu məlumatın səhihliyini yoxlamaq qərarına gəldim, məlum oldu ki, ağ yalandır. Rusiya neytraldır, buna görə Paşinyana "minnətdar olmalıyıq”.

Hazırda Qarabağın cənubunda döyüşən dostum Qoq yaralıları təxliyyəetmək üçün kifayət qədər maşın olmadığından şikayətlənəndə utanıram. Bunlar Azərbaycanın böyük həmləsinə qəhrəmancasına sinə gərən yaralılardır, əsas zərbə məhz cənub istiqamətinə endirilmişdi. Ermənistan buna hazır deyildi.

Sonucda isə Ermənistan sadəcə cənub cəbhəsindən çəkildi, bilirsiniz bunu?

Hərbçilərin dediyinə görə, faydasız olduqları və düşmənin artilleriya hücumları üçün hədəfə çevrildikləri üçün Ərəb və Tiqran Metz dəstələrini şimal cəbhəsinə yollayıblar. İcevanlılar kimi, bu dəstələr də cənub cəbhəsinə lazım idi!!!

Nəticədə biz Qarabağın şimalını da, cənubunu da itirdik. Sonra isə Paşinyan bəyanat verir ki, sona qədər döyüşəcəyik. Əgər o bundan sonra da bu cür döyüşmək fikrindədirsə, şəxsən mən bu işlərin sonunu yaxşı görmürəm.

Nəyə görə Paşinyan Ermənistan ərazisindən Gəncəni vurmağı əmr etdi?

Sizi müharibənin nəticələrdən qorxmağa çağırmıram, ehtiyac olarsa, "stepanakertlilər”in aqibətini paylaşmağa hazırıq, onlardan artıq deyilik ki. Amma insan axmaqlığının bir həddi olmalıdır. Ağlımızı başımıza toplamaq vaxtıdır. Nikol kimi liderlə irəli gedə bilmərik, getdikcə cəbhədən gələn pis xəbərlərin sayı artacaq və daha çox insan həlak olacaq.”

***

"Mən artıq susmayacağam" (2-ci hissə):

"Tanıyanlar bilir ki, məni qorxutmaq mümkün deyil, hər zaman lazım bildiyimi söyləyirəm”

Məhz ölkəmin sınağa çəkildiyi bu mürəkkəb tarixi dönəmdə həqiqəti söyləməyə davam edəcəyəm. Bunu ən azından dünən Şuşada həlak olan erməni polis əməkdaşlarının xatirinə edirəm. Onlar hansısa iclasda iştirak etdikləri zaman olduqları binaya mərmi düşüb. Soruşan lazım: bombardmana məruz qalan şəhərdə nə iclas?!

Buradan Ermənistan polisinin rəisi Sarkisyana səslənirəm, o polislərin Şuşada həlak olduğuna görə məsuliyyət daşıdığını anlayırsan? Onların ailələrinə nə deyəcəksən? Onlar döyüşlərdə iştirak etməyə belə çatdırmadılar. Təcrübəli uşaqların hamısı bir anda öldü, cəsədləri tanınmaz haldadır, möcüzə nəticəsində yalnız siqaret çəkmək üçün çölə çıxan 7 nəfər xilas olub.

Əgər hökumətiniz bütün əsl vətənpərvərləri qırıb qurtarmağa qərar veribsə, belə də deyin. İstəyirəm, hakimiyyət cavab versin, neyçün cənub istiqamətindəki uğursuzluqlara görə bölmə komandirlərini cəzalandırırlar? Komandirlərin nə günahı? Mən cavab verərəm. Onların günahı qarabağlı, müharibə qəhrəmanı olmalarıdılr!

Hakimiyyət isə qəhrəmanlardan qorxur, ona keçmiş prezidentləri və müxalifəti təqib edən Arqişti və Armen kimi simasız icraçılar lazımdır”.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR