Azərbaycanın bu şəhərində ölənlərin sayı artdı - KORONAVİRUS
Kateqoriya məlum deyil
Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 419 nəfər virusa yoluxub:
"Virusa yoluxanlardan 325-ü sağalıb, aktiv xəstə sayı isə 75 nəfərdir. Onlardan 35-i xəstəxanada, 40-i ev şəraitində müalicə alır. Ümumilikdə 19 nəfər dünyasını dəyişib”, - deyə bildirilib.
(redaktor.az)






