Logo

İctimai yerlərdə toplaşmaqla bağlı qərarda dəyişiklik edildi – RƏSMİ

İctimai yerlərdə toplaşmaqla bağlı qərarda dəyişiklik edildi – RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Sfera.az  xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin "Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR