Logo

Təhsil nazirinin yeni müşaviri məlum oldu - FOTO

Təhsil nazirinin yeni müşaviri məlum oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə "Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə "PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə "P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin yeni müşaviri məlum oldu - FOTO

(report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR