Logo

Ramiz Mehdiyev oxu atıb yayı gizlətdi - Fatma Abdullazadə, yoxsa Yusif Hümbətov?

Ramiz Mehdiyev oxu atıb yayı gizlətdi - Fatma Abdullazadə, yoxsa Yusif Hümbətov?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər adı gündəmdən düşməyən Akademik Ramiz Mehdiyev son məqaləsində keçmiş həmkarları ilə bağlı maraqlı məqamlara toxunub.

O yazır: "Uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub.

Vaxtilə rayonlardan birinə rəhbər təyin edilən və acgözlüyü, hərisliyi səbəbindən yerli sakinlərin narazılığı ilə vəzifədən uzaqlaşdırılmış rəhbər şəxslərdən biri onunla aparılmış söhbətdən sonra islah olacağına dair söz vermiş, nəticədə ona yenidən etimad göstərilmişdi.

Ancaq qısa zamandan sonra onun bütün tənbehlərə baxmayaraq nəinki islah olmadığı, əksinə, daha çox çirkaba bulaşdığı məlum oldu. Doğrudur, həmin şəxs vəzifədən uzaqlaşdırıldı, ancaq hadisə göstərdi ki, insan təbiəti dəyişməzdir. Nankorluq və hərislik onun təbiətində, fitrətində bərqərardır. Nə qədər gülməli səslənsə də, bu gün həmin şəxs mənim ünvanıma böhtanlar və uydurmalar səsləndirənlərlə əlbirdir."

Sfera.Az-ın araşdırmasına görə həm Sovet, həm də müstəqillik illərində Prezident Administrasiyasında çalışmış, daha sonra işdən çıxarılmış yalnız 2 şöbə müdiri olub.

Bunlardan biri Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin keçmiş müdiri Yusif Hümbətov olub. Hal-hazırda Yusif Hümbətov "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədridir.

Digər ehtimal olunan şəxs isə Prezident Administrasiyasının Humanitar məsələr şöbəsinin keçmiş müdiri Fatma Abdullazadədir.

Lakin Akademik Ramiz Mehdiyev keçmiş icra başçılarından birinin ünvanına da fikir bildirməyi unutmur:

"Vaxtilə rayonlardan birinə rəhbər təyin edilən və acgözlüyü, hərisliyi səbəbindən yerli sakinlərin narazılığı ilə vəzifədən uzaqlaşdırılmış rəhbər şəxslərdən biri onunla aparılmış söhbətdən sonra islah olacağına dair söz vermiş, nəticədə ona yenidən etimad göstərilmişdi. Ancaq qısa zamandan sonra onun bütün tənbehlərə baxmayaraq nəinki islah olmadığı, əksinə, daha çox çirkaba bulaşdığı məlum oldu.

Doğrudur, həmin şəxs vəzifədən uzaqlaşdırıldı, ancaq hadisə göstərdi ki, insan təbiəti dəyişməzdir. Nankorluq və hərislik onun təbiətində, fitrətində bərqərardır. Nə qədər gülməli səslənsə də, bu gün həmin şəxs mənim ünvanıma böhtanlar və uydurmalar səsləndirənlərlə əlbirdir."

Burada isə söhbət çox güman ki, ya Naftalanın keçmiş icra hakimiyyəti başçısı Musa Musayev, ya da Xızının keçmiş icra hakimiyyəti başçısı Vaqif Abdullayevdən gedir.

Musa Musayevin və Vaqif Abdullayevin Yusif Hümbətovla yaxınlığını nəzərə alaraq güman etmək olar ki, Akademikin hədəf aldığı keçmiş şöbə müdiri məhz elə Yusif Hümbətovdur.

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR