Logo

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu sahədə səlahiyyət sahibi deyilik”

Bu sözləri Sfera.az-a açıqlamasında mərhum millət vəkili Fəttah Heydərovdan sonra Ağsaqqallar Şurasının sədrinin kim ola biləcəyi sualına cavab verərkən Milli Məclisin deputatı Elman Məmmədov:

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?

"Bu barədə düşünməmişəm. Amma Ağsaqqallar Şurasının sədri hörmətli, tanınan şəxsiyyət olmalıdır. İşi, əməli, həyat tərzi, fəaliyyətilə seçilən nümunəvi insan olmalıdır. Ağsaqqallıq asan məsələ deyil. O adamın tərbiyyəsi, əxlaqı, dünyagörüşü, elmi, insanlara, dövlətə münasibəti kamil, təkmil olmalıdır. Yalnız sadaladığım bu xüsusiyyətlərə malik adam həmin vəzifəni daşıya bilər. Yəqin ki, səlahiyyət sahibləri, cənab Prezident sözünü deyəcək. Biz bu sahədə səlahiyyət sahibi deyilik”.

"Bəxtiyar Vahabzadə, Çapay Sultanov sağ olsaydılar deyərdim”

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?

Bu fikirlər isə tanınmış vəkil Aslan İsmayılova məxsusdur: "Onu ağsaqqallar özləri seçməlidir, kimsə təyin etməməlidir. Bu barədə qəti fikir söyləyə bilmərəm. Birincisi, ağsaqqalları müəyyən etmək lazımdır. Ondan sonra onlar kimi sədr seçsələr o da olacaq. Bəxtiyar Vahabzadə, Çapay Sultanov sağ olsaydılar deyərdim”.

"Müəyyənləşdirə bilməmişəm”

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?

Sayta açıqlamasında bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söylədi:

"Bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Azərbaycanda hörmətli ağsaqqallarımız kifayət qədərdir. Amma rəhmətlik Fəttah Heydərov səviyyəsində ziyalı bir insanı əvəzləyə biləcək şəxsi hələ ki, özümdə müəyyənləşdirə bilməmişəm. Hər halda bu mövzuda olan suallara cavab verməkdə çətinlik çəkirəm”.

"Anar, Qəzənfər Paşayev, deputatlardan Ziyad Səmədzadə”

“Anar, Qəzənfər Paşayev, Ziyad Səmədzadə…” – Ağsaqqallar Şurasının yeni sədri kim olsun?

"525-ci qəzet”in başredaktoru Rəşad Məcid Ağsaqqallar Şurası sədrliyinə yuxarıda adlarını çəkdiyi şəxslərin seçilməsini daha məqbul bilir:

"Sual qəfildir. Fəttah Heydərovun fəaliyyəti və nüfuzu məqbul idi. Onu əvəz edəcək ağsaqqalı əlbəttə ki, fikirləşib tapmaq olar. Daha çox ağlıma yazıçılar və ədəbiyyat adamları sırasından olanlar gəlir. Məsələn, yazıçı Anar, Qəzənfər Paşayev. Yaşlıdeputatlardan Ziyad Səmədzadəni də bu posta layiq bilirəm”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR