Logo

FHN Samuxda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

FHN Samuxda baş verən ağır qəza ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində "Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində "Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR