Koronavirusa qarşı ilk vaksin hazırdır - ŞAD XƏBƏR
Kateqoriya məlum deyil
Yeni növ koronavirusa qarşı Rusiyanın ilk yerli vaksini hazırdır.
Sfera.az xəbər verir ki, bunu yerli mətbuata müsahibəsi zamanı Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov bildirib.
R.Tsalikov deyib: "Artıq mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin yekun qiymətləndirilməsi aparılıb. Buraxılış zamanı, istisnasız olaraq bütün könüllülər koronavirusa qarşı immunitet alaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni növ koronavirus infeksiyasına qarşı ilk yerli vaksin hazırdır”. (qazet.az)






