Ceyhun Bayramov xarici işlər naziri oldu - ÖZƏL

Kateqoriya məlum deyil
T
Elmar Məmmədyarov istefa verib.
Sfera.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib.
Əldə etdiyimiz digər məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri təhsil naziri Ceyhun Bayramovdur.
Xatırladaq ki, Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.
Təhsil naziri işlədiyi dövrdə bu sahənin nəzərəçarpacaq inkişafına nail olan Ceyhun Bayramova yeni vəzifədə etimad göstərilməsi təsadüfi sayıla bilməz.







