Logo

“Baş nazirin qərarı yanlış anlaşılıb...” – Təhsil haqları artırılırmı?

“Baş nazirin qərarı yanlış anlaşılıb...” – Təhsil haqları artırılırmı?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təhsil xərcləri nə qədər artırılsa belə təhsil haqları bahalaşmayacaq”.

Sfera.az-a açıqlamasında bu sözləri ali təhsil müəssisələrində təhsil xərclərinin artırılması fonunda prosesin təhsil haqlarının da bahalaşmasına gətirib çıxaracağı barədə yayılan məlumatlara aydınlıq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Baş nazirin imzaladığı həmin qərar cəmiyyətdə yanlış anlaşılıb:

"Burada söhbət təhsil xərclərindən gedir. Təhsil xərci bir şəxsin dövlət sifarişilə oxuması üçün dövlət büdcəsindən ayrılan vəsaitdir. Dövlət bir tələbənin sifarişli ixtisasda oxuması üçün həmin şəxsin bütün ehtiyacını ödəməyi öz öhdəsinə götürür. Təhsil xərcilə təhsil haqqı fərqlidir. Bir insanın auditoriyada oxuduğu vaxtda ona sərf olunan xərclər artıq bir nəfər yox, bir neçə nəfər arasında bölüşdürüldüyündən, bu zaman təhsil haqları da aşağı düşür”.

Ekspert qeyd etdi ki, ali təhsil müəssisələrinin plan yerləri artırılarsa, bu təhsil haqqının aşağı düşməsinə gətirib çıxaracaq:

"Düzdür, ölkəmizdəki ali təhsil müəssisələri əmək bazarının tələblərinə və müasir standartlara cavab verən keyfiyyətli kadrlar hazırlaya bilmir. Baxmayaraq ki, 2500-5000 manatadək təhsil haqqı alınır. Bu gün Azərbaycanda pulsuz ali təhsil də bahadır. Çünki əmək bazarı ilə hazırlanan kadrlara uyğunluq təşkil etmir”.

K. Əsədov hesab edir ki, təhsil xərcləri artsa da, cari ildə ali təhsil müəssisələrində təhsil haqlarının artırılması gözlənilmir:

"Çünki Azərbaycanda inflyasiya bir rəqəmli həddə qalır. Elektrik daşıyıcılarında qiymət artımı müşahidə olunmayıb. Əksinə, pandemiya ilə bağlı yaşanan iqtisadi gerilik ali təhsil müəssisələrini məcbur edəcək ki, əhalinin gəlirləri aşağı düşdüyündən cari ildə təhsil haqlarında müəyyən qədər endirimlərə getsinlər. Təhsil xərcləri nə qədər artırılsa belə, təhsil haqları bahalaşmayacaq. Bu birmənalıdır. Çünki ali təhsil müəssisələrində plan yerlərində də bəzi artımlar var”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR