Məşhur diplomat XİN-i tərk etdi – ABŞ-a köçdü
XİN-nin məşhur diplomatı nazirliyi tərk edib ABŞ-a köçüb.
Sfera.az xəbər verir ki, söhbət Azərbaycanın məşhur muğam ustası Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədovdan gedir.
Bəxtiyar Məmmədov 2007-ci ildə test imtahanlarından uğur qazanaraq, Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb.

Bəxtiyar Məmmədov və atası Səxavət Məmmədov
Bir il sonra yenidən imtahan verərək diplomatik attaşe ranqına yüksəlib. 2010-cu ilin sentyabrınadək nazirliyin 2-ci ərazi idarəsində diplomatik atteşe vəzifəsində çalışıb.
2010-2013-cü illərdə Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin konsulluq məsələləri üzrə 3-cü katibi olub.

Fotoda Bəxtiyar Məmmədov və əmisi - məşhur muğam ifaçısı, əməkdar artist Firuz Səxavət
2013-2015-ci illərdə XİN-in Yaxın Şərq və Afrika ölkələri idarəsində 2-ci katib işləyib.
2015-2018-ci illərdə Azərbaycanın İtalyadakı səfirliyində konsulluq məsələləri üzrə 2-ci katib vəzifəsində çalışıb.
2018-ci ildən ABŞ-a köçüb.
Bəxtiyar Məmmədov milyonlarla Azərbaycan tamaşaçısına doğma simadır.

Ulu Öndər Heydər Əliyevlə
1992-ci ildən 2002-ci ilədək UNİCEF-in xətti ilə hər ilin dekabr ayında ölkəmizdə keçirilən Uşaqların Televiziya və Radio Gününə həsr olunmuş altı saatlıq canlı televiziya verilişinin iki aparıcısından biri olub. Yeri gəlmişkən, həmin verilişdə Ulu Öndər Heydər Əliyev şəxsən iştirak edirdi.
Orxan
Sfera.az






