Logo

Baş epidemioloq kənddən qayıtdı və…İSTEFA VERDİ

Baş epidemioloq kənddən qayıtdı və… İSTEFA VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

Bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:

"1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Sfera.az xatırladır ki, bir qədər öncə İbadulla Ağayevin qalmaqala səbəb olmuş səs yazısı yayılmışdı. Baş epidemoloq isə kənddən qayıdan kimi həmin jurnalisti məhkəməyə verəcəyi ilə hədələmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR