Logo

“Qəsdən problem yaradırlar...” – İcazələrin xəbərdarlıq edilmədən ləğvi doğrudurmu?

“Qəsdən problem yaradırlar...” – İcazələrin xəbərdarlıq edilmədən ləğvi doğrudurmu?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əslində bəzilərinə icazə verilib bəzilərinə verilməməsi söhbəti yoxdur. Şərtlər bəllidir. Əvvəldən elan etmişdilər ki, hazırkı situasiyada hər bir müəssisədə işləyənlərin yalnız 50 faizinə işə çıxmağa icazə verilir”.

Sfera.az-a açıqlamasında bu sözləri karantin dövründə bir sıra icazələrin xəbərdarlıq edilmədən ləğv olunması, media nümayəndələrinin bəzilərinə icazə verildiyi halda, digərlərinin bundan məhrum edilməsinə münasibət bildirərkən Jurnalistlərin Həmkərlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib:

“Qəsdən problem yaradırlar...” – İcazələrin xəbərdarlıq edilmədən ləğvi doğrudurmu?

"Yəni bir müəssisədə 10 nəfər işləyirsə, onun 5-i işə çıxmalıdır. Bu da şəhərdə basırıqlıq olmaması, problem yaranmaması üçün edilir. Elə iş yerləri var ki, işçilərin hamısını qeydiyyatdan keçiriblər. Bununla bağlı bir neçə dəfə xəbərdarlıq da edildi. Bəzi mətbu orqanlarda isə sənədlər qaydasında deyil.

Habelə, birinci iki həftəlik karantinin başa çataraq, ikinci iki həftəlik karantinə keçən gündətexniki baxımdan müəyyən dəyişikliklər oldu. Arzu edək ki, proses bu gündən qaydaya düşər. İndiki vəziyyətdə işçilərin yalnız 30-50 faizinə işə çıxmağa icazə verilir. Bunu nəzərə almaq lazımdır. Bütün müəssisələrdə belədir, bu mətbu orqanlara da aiddir. Yerdə qalan jurnalistlər onlayn işləyəcək”.

“Qəsdən problem yaradırlar...” – İcazələrin xəbərdarlıq edilmədən ləğvi doğrudurmu?

"Müəyyən anlaşılmazlıqlar var”.

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatıFazil Mustafa dedi:

"Baxıram ki, burada müəyyən anlaşılmazlıqlar var. Hər halda bu kimi məsələlərin üzərinə gedilməlidir. Proses araşdırılmalıdır. Yəqin ki, bu addım çölə çıxanların sayının məhdudlaşdırılmasına hesablanıb. Amma bütövlükdə bu hal müxtəlif sahələrdə çalışan insanların fəaliyyətinə xələl gətirməməlidir”

“Qəsdən problem yaradırlar...” – İcazələrin xəbərdarlıq edilmədən ləğvi doğrudurmu?

"Qəsdən vətəndaşa qarşı problem yaradırlar”.

Bu açıqlama isə hüquqşünas Ələsgər Əhmədoğluna məxsusdur:

"Belə hərəkətin bir adı var, idarə edə bilməmək. Nəticə etibarı ilə qeydiyyatdan keçən, icazəsi olan çölə çıxan kimi məlum olur ki, qaydanı pozub. Burada konkret olaraq qəsdən vətəndaşa qarşı problem yaradırlar. Hüquqda qazanılmış hüquq anlayışı var. Şəxsin icazə hüququ varsa, artıq o qazanılıb. Onun təktərəfli olaraq hüququnun məhdudlaşdırılması ümumi prinsiplərə ziddir və həm də düzgün idarə etməməkdir”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR