Logo

SON DƏQİQƏ! Bakıda uşaq həkimi koronavirusdan öldü

SON DƏQİQƏ! Bakıda uşaq həkimi koronavirusdan öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

Sfera.az  "BakuPost”a istinadən xəbər verir ki, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR